Roberto Bordindən məğlubiyyət etirafı

Roberto Bordindən məğlubiyyət etirafı
Futbol
10 Noyabr 2019 - 16:59
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 11-ci turunun "Keşlə"yə məğlub olan "Neftçi"nin baş məşqçisi Roberto Bordin fikirlərini açıqlayıb.

Komandanın ən pis oyununu keçirdiyini deyən italiyalı mütəxəssis təəssüfləndiyini bildirib:

"Ən pis oyunumuzu keçirdik. Məğlubiyyətə layiq idik. İstədiyimiz oyunu göstərə bilmədik. Çox məyusam. Çünki futbolçular səviyyələrindən aşağı oynadılar. Təəssüf ki, uduzduq.

Futbol komanda oyunudur. Udanda hamı udur, uduzanda hamı uduzur. Məğlubiyyət bütün komandanın günahıdır. Futbolçulardan belə oyun gözləmirdik. Sanki arxayınlıq var idi. Dario Frederikonun daha çox fərdi oyuna üstünlük verməyinə gəlincə, deməzdim ki, problem məhz onunla bağlı idi. Komandanın ümumilikdə oyunu alınmadı. Dario isə son nöqtəni qoya bilmədi. Bunu etsəydi, nəticə başqa cür ola bilərdı. Fərdi səhvlərimiz çox idi. Hətta üçüncü qolu da buraxa bilərdik. Əvvəlki oyunlardan cüzi əsər-əlamət var idi. Bu məğlubiyyətlə özümüz öz vəziyyətimizi çətinə saldıq. Komanda özünə bənzəmədi. Çalışacağıq ki, məğlubiyyəti həzm edək və növbəti matçlara yaxşı hazırlaşaq".

Digər xəbərlər