"Fatih Terim istefaya göndərilməlidir"

"Fatih Terim istefaya göndərilməlidir"
Futbol
10 Noyabr 2019 - 15:07


Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında "Real Madrid"in "Qalatasaray"ı 6 qolla biabır etməsi klub rəhbərliyiylə azarkeşlərin qəzəbinə səbəb olub.

Türkiyə təmsilçisinin konqres üzvü, ankaralı işadamı Adnan Yılmaz əsas günahın baş məşqçi Fatih Terimdə olduğunu bildirib.

"Fatih Terimin "Qalatasaray" klubuna heç bir faydası qalmayıb. Keçmiş üçün təşəkkür edib, yolları ayırmağın zamanı gəlib. Alman mütəxəssis gətirilməlidir ki, nizam-intizam formalaşdırsın. Komandada və İdarə Heyətində problem yoxdur. Yeganə çatışmazlıq Fatih Terimin kluba fayda verməməsiylə bağlıdır. Rəhbərliyə məsləhətim odur ki, Terimlə yollar ayrılsın. Belə davam etsə, həm milyonlar, həm də klubun nüfuzunu itirəcəyik".

 

Digər xəbərlər