"Qarabağ" uduzdu

"Qarabağ" uduzdu
Futbol
07 Noyabr 2019 - 23:48
Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü tur yekunlaşır.

Supersport.Az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" Kipr səfərində "Apoel"lə qarşılaşıb.

Qrupda 4 xalla 2-ci olan Azərbaycan klubu səfərdə qalib gəlsəydi, növbəti mərhələyə vəsiqə üçün böyük addım atmış olacaqdı. Bir xalla qrup sonuncusu olan Nikosiya təmsilçisinə də qələbə çox vacib idi. 
Əvvəlcə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə 2:1 hesabı ilə qalib gələn  Qurban Qurbanovun komandası doğma meydanda 0:2 uduzaraq, tunirlə vidalaşmışdı. Avroliqanın qrupunda Bakıdakı oyunda isə qalib müəyyənləşməmişdi – 2:2.

"Qarabağ" "Apoel"lə  mövsümdə 4-cü oyununda məğlub olub. Bununla Azərbaycan çempionu qrup səddini keçmək fürsətini çətinə salıb.

7 noyabr

Avropa Liqası

A qrupu
 
21:55. "Apoel" (Kipr) - "Qarabağ" (Azərbaycan) 2-1


Qollar: Maksim Medvedev, 10 (0:1), Lukas Souza, 59 (1:1), İoannu, 88 (2:1)


Hakimlər: Manuel Şuttenqruber, Roland Brandner, Robert Steynaşer, Kristofer Yaqer (hamısı Avstriya).
Nikosiya. GSP stadionu

"Apoel": 27. Vid Belets, 6. Savvas Qentsoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 20. Andriya Pavloviç, 14. Uroş Matiç, 23. Joazinyo, 29. Praxitelis Vouros, 44. Nikolas İoannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mixayloviç
 Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. George Efrem, 11. Musa Əl-Tamari, 30. Giorgos Merkis, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef Souza

"Qarabağ": 1. Asmir Beqoviç, 3. Ailton Silva, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov. 5. Maksim Medvedev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 8. Miçel, 10. Dani Kintana,  17. Abdullah Zubir, 7. Araz Abdullayev

Ehtiyat oyunçular: 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 21. Hacıağa Hacılı, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye

21:55. "Düdelanj" (Lüksemburq) - "Sevilya" (İspaniya) - 2:5


Qollar: Dabbur, 18 (0:1), Əl Həddadi 27  (0:2), 33 (0:3), Dabbur, 36 (0:4), Əl Həddadi, 67 (0:5), Sinani, 69 (1:5), 80 (2:5)











































1.Sevilya440012:212
2.Apoel41127:84
3.Qarabağ41127:84
4.Düdelanj41037:153

 

Digər xəbərlər