"Qarabağ"la oyunda ağıllı oynamalıyıq"

"Qarabağ"la oyunda ağıllı oynamalıyıq"
Futbol
06 Noyabr 2019 - 20:16
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la sabahkı ev oyunu ərəfəsində "Apoel"in baş məşqçisi Tomas Doll fikirlərini bildirib.

"Özümü yaxşı hiss edirəm. "Qarabağ"la iki həftə əvvəlki matçda komandam o qədər də yaxşı durumda deyildi. Bəzi problemlərimiz oldu və liqada da istədiyimi kimi oynaya bilmədik. Amma ilk görüşdə xarakter göstərdik və iki qol vurduq".

53 yaşlı mütəxəssis hazırda daha yaxşı vəziyyətdə olduqlarını deyib:

"Pis nəticəyə baxmayaraq, məşqlərdə yaxşı komanda gördüm. "Qarabağ"la matçlarda 4 qol vurmuşuq və yenə də fərqlənməyi hədəfləmişik. Üç xal qazanmaq istəyirik və bunu bacara bilərik. "Qarabağ"la ilk görüş kimi ikincisi də final oyunu olacaq. Qarşılaşmanın çox vacib olduğunu bilirik. Bütün oyunçular Avropada yola davam etmək istəyirlər. Oyuna çox köklənmişik. Ağıllı oynamalıyıq. Belə olacağı təqdirdə topa sahib ola bilməyəcəklər. Rəqibin necə oynayacağını bilirik".

Doll komandasının evdə oynamasını üstünlük hesab edib:

"Bu dəfə başqa cür olacaq. Çünki biz doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Ağıllı oynayıb, "Qarabağ"a əks-hücumlar şansı verməmək lazımdır. Futbolçularımın bu cür oyunlar üçün təcrübəsi var. Oyunçular arasında yaxşı formada olmayan var. Amma mənim başqa variantlarım da olacaq".

 

Digər xəbərlər