"Qalatasaray"la oyun ərəfəsində "Real Madrid"də ciddi itki

"Qalatasaray"la oyun ərəfəsində "Real Madrid"də ciddi itki
Futbol
05 Noyabr 2019 - 21:02
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup turnirində "Qalatasaray"ı sınağa çəkəcək "Real Madrid"də zədə problemi həll olunmayıb.

Xames Rodrigeslə Qaret Beylin oyunu buraxacağı bildirilir. İspaniya klubunun hər iki futbolçusu "Real"ın hazırlığına qatılmır, fərdi çalışır. Rodrigeslə Beyl La Liqada "Real Betis"lə oyunda heyətdə yer almamışdı.

Kolumbiyalı futbolçu bu mövsüm 9 oyunda 1 qol vurub, 1 effektli ötürmə verib.

Uelsli oyunçu isə 7 matçda 2 qol vurmağı və 2 faydalı pas verməyi bacarıb.

Digər xəbərlər