"Apoel"lə "Qarabağ"ın planı

"Apoel"lə "Qarabağ"ın planı
Futbol
05 Noyabr 2019 - 09:01
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Apoel" - "Qarabağ" oyunu öncəsi son məşq və mətbuat konfranslarının vaxtı məlum olub.

Noyabrın 6-da hər iki komandanın çalışdırıcısı media önünə çıxacaq.

Bakı vaxtı ilə 19:00-da "Apoel"in baş məşqçisi Tomas Doll GSP stadionunun mətbuat zalında sualları cavablandıracaq. Bir saat sonra nikosiyalılar qarşılaşma öncəsi son məşqə çıxacaq.

Qurban Qurbanovun mətbuat konfransı 21:15-ə nəzərdə tutulub. 21:30-da isə Azərbaycan çempionu son məşq üçün meydana daxil olacaq. Hər iki komandanın məşqinin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Qeyd edək ki, noyabrın 7-də GSP stadionunda keçiriləcək "Apoel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Digər xəbərlər