"Apoel" xal itirdi

"Apoel" xal itirdi
Futbol
03 Noyabr 2019 - 08:37
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Apoel" Kipr çempionatında növbəti oyununu keçirib.

Supersport.Az xəbər verir ki, Nikosiya təmsilçisi 8-ci turda doğma meydanda AEK-lə qolsuz bərabərə razılaşıb.

Üç oyun az keçirən Tomas Dollun komandası hazırda 13 xalla 2-cidir. "Anortosis" 14 xalla (6 oyundan) 1-ci, "Omoniya" 12 xalla (7 oyundan) 3-cüdür.

Qeyd edək ki, "Apoel" Avroliqanını 4-cü turunda noyabrın 7-i "Qarabağ"ı qəbul edəcək. Bu komandaların Bakıdakı qarşılaşması 2:2 hesabı ilə başa çatıb.

Digər xəbərlər