"Apoel"də gərginlik: baş məşqçi prezidentə qarşı

"Apoel"də gərginlik: baş məşqçi prezidentə qarşı
Futbol
30 Oktyabr 2019 - 19:02
Avropa Liqasının qrup mərhələsində "Qarabağ" rəqiblərindən olan "Apoel"də gərginlik davam edir.

Supersport.Az-ın Kipr mətbuatına istinadən məlumatına görə, Nikosiya klubunda futbolçuların ardıcıl intizamsız davranışlarının ardından rəhbərliyin qərarı baş məşqçi Tomas Dollun narazılığına səbəb olub.

Almaniyalı mütəxəssis məşqçi heyətindən razı qalsa da, prezident Prodromos Petrides komandaya Luk Hadjilukası köməkçi-məşq təyin edib. Buna görə Dolla klub rəhbəri arasında gərginlik olub.

Qeyd edək ki, Avropa Liqasının qrupunun növbəti oyununda "Apoel" noyabrın 7-də Nikosiyada "Qarabağ"la qarşılaşacaq.

Digər xəbərlər