Qurban Qurbanov: "Məni də istefaya çağıra bilərlər" - Video

Qurban Qurbanov: "Məni də istefaya çağıra bilərlər" - Video
Futbol, Video
25 Oktyabr 2019 - 09:50
Supersport.Az Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Apoel"lə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun bəzi azarkeşlərin Rəşad Sadıqovun karyerasını bitirmə vaxtının çatdığı fikrinə bildirdiyi münasibəti videogörüntüyə alıb.


- Futbol elə oyundur ki, səhvsiz futbolçu olmur. Biz öz oyunçularımızı dəyərləndirməliyik. Rəşad Sadıqov bu komandaya lazımdır. Bir epizoda görə futbolçunu silmək olmaz. Oyunu təhlil etsək, tam fərqli çıxış etdik. Birinci qolda top Maksimin kürəyinə dəymişdi. Yaxşı ki Rəşada dəyməyib, yoxsa bununla bağlı da başqa fikirlər olardı. Onun qədrini bilməliyik. Belə fikirlər məni narahat etmir. Biz futbolçularla ünsiyyətdə oluruq, onlara güvəndiyimizi deyirik. Həmişə onlara tövsiyə etmişəm ki, belə söz-söhbətlər işimizə mane olmasın. Azarkeşin haqqıdır, məni də istefaya çağıra bilərlər, deyə bilərlər ki, karyerasını bitirsin. Milli komandada belə şeylər olurdu. Bunu normal qarşılayırıq. Bütün fikirlərə hörmətlə yanaşıram. Emosional olaraq belə fikirlər səsləndirə bilərlər, ancaq hamısı bizimlədir.

Digər xəbərlər