"Qarabağ"ın oyununda əski parçasıyla iddia etmək gülüncdür" - Video

"Qarabağ"ın oyununda əski parçasıyla iddia etmək gülüncdür" - Video
Futbol, Video
24 Oktyabr 2019 - 10:07
Supersport.Az Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Apoel"lə oyun ərəfəsində "Qarabağ"ın futbolçusu Qara Qarayevin fikirlərini videogörüntüyə alıb.

"Futbolçular üçün ən vacibi həm fiziki, həm də psixoloji cəhətdən hazır olmaqdır. Fikrimcə, bu baxımdan yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, öz meydanımızda azarkeşlərimizi sevindirək.
Aramızda gizli bir şey qalmayıb. Rəqib də bizi tanıyır. Ən böyük üstünlüyümüz evdə oynamağımızdır. Azarkeşlərin dəstəyi bizə əlavə motivasiya verə bilər".

"Düdelanj"la oyunda ermənilərin təxribatına münasibət bildirən Q.Qarayev onların işinin ölkəyə uğur qazandırmaq olduğunu bildirib:

"İdmançı kimi siyasəti idmana qatmaq istəmirik. Dünya arenasında işimizi meydanda görmüşük. Qarabağ bizimdir, bunu bütün dünya bilir. Bizim olan dəyərlərə görə, qıcıq olmuruq. Kiməsə sübut edəcək bir şey də yoxdur. "Qarabağ"ın avrokubok oyununda əski parçasını gətirib iddia etmək özü gülüncdür".

Digər xəbərlər