Roberto Bordin: "Neftçi"ni "Qarabağ" maraqlandırmır" - Video

Roberto Bordin: "Neftçi"ni "Qarabağ" maraqlandırmır" - Video
Futbol, Video
22 Oktyabr 2019 - 07:07
Supersport.Az Azərbaycan Premyer Liqasının 8-ci turunda "Zirə"yə dərs keçərək ikinci pilləyə yüksələn "Neftçi"nin baş məşqçisi Roberto Bordinin fikirlərini videogörüntüyə alıb.

İtaliyalı mütəxəssis əsas rəqib "Qarabağ"ı düşünmədiklərini bildirib.

"Bütün futbolçularımı təbrik edirəm. Onlar oyuna ciddi yanaşdılar. Qələbə seriyasını davam etdirmək çox vacib idi. Bunu bacardıq. Bu qələbə turnir cədvəli baxımından da önəmli idi. Bütün futbolçular sona kimi yaxşı oynadılar. Meydana sonradan çıxanlar da yaxşı çıxış etdilər. Platellasla Raufun qol şanslarından yararlana bilməmələrinə çox təəssüflənirəm. Onlar qol vurmağa layiq idilər. Səhvlərimizdən biri də o oldu ki, ilk qoldan sonra çox irəli atılıb risklər etdik. Qapımızda qol da görə bilərdik, amma ikinci qolu vurmağı bacardıq. Bundan sonra rəqib daha da açıq oynadı və bu bizim xeyrimizə oldu.

Əsas məqam odur ki, rəqib qapısı qarşısında çox sayda təhlükəli vəziyyətlər yarada bilirik. 2:0-dan sonra futbolçuların bəziləri asan qollar vura bilərdi, amma onlar qeyri-adi qol vurmaq istəyirdilər. Hesab böyüyəndən sonra konsentrasiya problemi ola bilər. Raufun oyunu məni qane etdi. Çünki çalışdı, hətta sol ayağı ilə qol da vura bilərdi, amma alınmadı. Onda yalnız qol çatışmır. Ardıcıl 3 qələbənin komandanın yarasını neçə faiz sağaltdığını deyə bilmərəm, irəli baxmaq lazımdır. Donald Gerye və Soni Mustivar yığmada kifayət qədər oynadıqları və uzun yol gəldikləri üçün cəmi bir məşqdə iştirak etdilər. Buna görə də risk edib onları meydana buraxmadım. Yorğun olduqları üçün zədələnə bilərdilər. Biz yalnız "Neftçi"nin oyununu düşünürük, "Qarabağ"ı yox. Rəqiblərin xal itirib-itirməməyindən asılı olmayaraq hər oyunda qələbə qazanmaq istəyirik".


 

Digər xəbərlər