"Qarabağ"la "Apoel"in planı müəyyənləşdi

"Qarabağ"la "Apoel"in planı müəyyənləşdi
Futbol
21 Oktyabr 2019 - 19:54
Supersport.Az-a Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Bakıda qarşılaşacaq "Qarabağ"la "Apoel"in planı məlum olub.

Oktyabrın 23-də Azərbaycanın yeddiqat çempionunun baş məşqçisi Qurban Qurbanovun Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransının saat 13:00-da başlayacaq. "Qarabağ" Suraxanı stadionunda hazırlıq keçməyi nəzərdə tutub. Məşqə saat 17:00-da start veriləcək və ilk 15 dəqiqə açıq olacaq.

"Apoel"in baş məşqçisi Tomas Doll saat 18:15-də Respublika stadionunda media nümayəndələrinin suallarını cavablandıracaq.

Kipr klubunun məşqi 19:00-a planlaşdırılıb. Respublika stadionunda keçiriləcək hazırlıq prosesinin ilk 15 dəqiqəsi açıq olacaq.

Digər xəbərlər