UEFA-dan "Neftçi"yə ağır cəza

UEFA-dan "Neftçi"yə ağır cəza
Futbol
19 Oktyabr 2019 - 14:32





Supersport.Az-ın məlumatına görə, UEFA "Neftçi" klubunu 40 min avro məbləğində cərimələyib.


Buna səbəb UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin avqustun 8-i "Bakcell Arena"da keçirilmiş "Neftçi" – "Bney Yehuda" oyununda azarkeşlərin meydana kənar əşyalar atmasıdır. Görüşdə rəqib futbolçuların vaxtı həddindən artıq uzatması yerli azarkeşləri özündən çıxarmışdı. Qarşılaşma isə 2:2 bərabərliklə yekunlaşmışdı.




Xatırladaq ki, avqustun 15-i səfərdə baş tutmuş revanş matçında 1:2 hesabı ilə məğlub olan təmsilçimiz Avropa Liqasında mübarizəni dayandırmışdı.

Digər xəbərlər