"Apoel"in baş məşqçisinə məsləhət verildi: "Onun yerinə olsaydım..."

"Apoel"in baş məşqçisinə məsləhət verildi: "Onun yerinə olsaydım..."
Futbol
19 Oktyabr 2019 - 12:07
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Apoel"in uğursuz çıxışı klubun baş məşqçisi Tomas Dollun tənqid olunmasına səbəb olub.

Kipr mətbuatı, alman mütəxəssisin komandasını Azərbaycan təmsilçisiylə ağır oyun gözlədiyini qeyd edib.

Bu gün autsayder "Doxa"nı qəbul edəcək "Apoel"in qələbə qazanmasının vacibliyi vurğulanıb.

Baş məşqçi Tomas Dollun Azərbaycanda heyəti çox dəyişməyəcəyi bildirilib, futbolçulara sürəti artırmaq məsləhət görülüb.

Tamariylə Merkis yorulduğundan onlara çempionat oyununda istirahət veriləcəyi gözlənilir.

"Apoel"in keçmiş futbolçusu, məşqçisi Takis Antoniu hazırki baş məşqçi Tomas Dolla məsləhət verib.

"Apoel"ə çempionat oyununda qələbə çox vacibdir. Rəqib komanda güclü deyil. Baş məşqçi futbolçularını yaxşı tanıyır. Onun yerinə olsaydım, mən daha yaxşı heyəti seçərdim ki, Avropa Liqasında uğurlu çıxış etmək mümkün olsun".

Digər xəbərlər