"Kəpəz" oyuna “Qarabağ Azərbaycandır!” plakatı ilə çıxdı - Foto

"Kəpəz" oyuna “Qarabağ Azərbaycandır!” plakatı ilə çıxdı - Foto
Futbol, Foto
19 Oktyabr 2019 - 01:24
I Divizionun VII turunda keçirilən “Kəpəz” – “Qarabağ-2” matçı 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf etdiyi üçün Gəncə təmsilçisi görüş öncəsi xüsusi təşkilatçılıqla yadda qalıb.

Supersport.Az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı nitqinə dəstək nümayiş etdirən "Kəpəz"in oyunçuları meydana “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxıb.

Meydanda həmçinin böyük ölçülü üç rəngli bayraq açılıb. Bundan əlavə, stadionda Azərbaycanın Respublikasının Dövlət himni hərbi orkestr tərəfindən ifa olunub.

Qeyd edək ki, qarşılaşma "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə bitib.

Digər xəbərlər