"Qarabağ"ın 3 futbolçusu Avroliqa siyahısında

"Qarabağ"ın 3 futbolçusu Avroliqa siyahısında
Futbol
16 Oktyabr 2019 - 16:26
UEFA Avropa Liqasının qrup mərhələsinin ilk 2 turu ilə bağlı statistik nəticələri açıqlayıb.

Supersport.Az xəbər verir ki, ən yaxşı göstirəcilərə malik oyunçular sırasında "Qarabağ"ın futbolçuları da yer alıb.
Qapıya dəqiq zərbələr vuran 20 futbolçu siyahısında Abdullah Zubir (5) və Dani Kintana (3) da var. Zubir 5-ci, Dani 18-cidir. “Sportinq”dən Brunu Fernandeş 7 zərbə ilə siyahıda birinci yeri tutur.

Ən çox dəqiq ötürmələr verən 20 futbolçu siyahısında da "Qarabağ"dan oyunçu yer alıb. Riçard Almeyda 148 ötürmə edib. Bu göstəriciyə görə, o, 11-ci olub. Birinci yeri isə 204 ötürmə ilə Jül Kunde ("Sevilya") tutur.

Digər xəbərlər