"Qarabağ"ın rəqibi yenə məğlubiyyətlə barışdı

"Qarabağ"ın rəqibi yenə məğlubiyyətlə barışdı
Futbol
21 Oktyabr 2019 - 00:45
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasında "Qarabağ"ın dərs keçdiyi "Düdelanj" Lüksemburq çempionatında növbəti məğlubiyyətini alıb.

CS "Fola Esch" doğma divarlar arasında bu rəqibinə 2:1 hesabıyla qalib gəlib. "Düdelanj"ın futbolçusu Daniel Sinani 38-ci dəqiqədə hesabı açsa da, meydan sahiblərinin əsas silahı Musa Seydi (43, 47) dubl etməklə komandasına qələbə qazandırıb.

Lüksemburq çempionatında 9 turdan 22 xalla "Union Titus Petange" liderdir. "Proqres" 20 xalla ikinci, "Fola" 19 xalla üçüncüdür. "Düdelanj" isə 14 komanda sırasında 10 xalla 9-cudur.

Digər xəbərlər