Millimizi macarlara hakimlər uduzdurdu

Millimizi macarlara hakimlər uduzdurdu
Futbol
13 Oktyabr 2019 - 21:38
Bu gün Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilir.

Supersport.Az xəbər verir ki, milli komandamız səfərdə Macarıstanla qarşılaşıb. Bakıda bu rəqibinə 1:3 hesabı ilə uduzan yığmamız səfərdən sərfəli nəticə ilə dönməyə çalışıb.Macarlar üçün də Avropa çempionatının final mərhələsinə vəsiqə şansını saxlamaq üçün bu görüşdə qələbə vacib idi. İlk hissədə millimiz hesabda geri düşüb. Lakin son dəqiqələrdə Bəhlul Mustafazadə bərabərlik qolunu vursa da, niderlandlı baş hakim Dennis Yohan Hiqler təmiz qolu saymayıb. Referi futbolçunun əliylə fərqləndiyinə işarə verib. Əslində isə Bəhlul qayda pozuntusu olmadan qol vurub. Millinin baş məşqçisi Nikola Yurçeviç, futbolçular hakimlərə etiraz etsə də, bunun faydası olmayıb.

"E" qrupunun digər oyununda Uels Xorvatiyanı qəbul edəcək. 

13 oktyabr

Avro-2020-nin seçmə mərhələsi


E qrupu
 
20:00. Macarıstan – Azərbaycan 1-0


Qol: M.Korhut, 10

Baş hakim: Dennis Yohan Hiqler (Niderland).
Budapeşt. "Qrupama Arena" stadionu.





















































1.Xorvatiya641113:513
2.Slovakiya631210:810
3.Macarıstan63037:99
4.Uels52125:57
5.Azərbaycan50145:131

Digər xəbərlər