“Sumqayıt” “Qarabağ”la oyunda qələbəni qoruya bilmədi

“Sumqayıt” “Qarabağ”la oyunda qələbəni qoruya bilmədi
Futbol
12 Oktyabr 2019 - 19:09
Azərbaycan Premyer Liqasının iştirakçılarından "Qarabağ" və "Sumqayıt" milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edərək öz aralarında yoxlama görüşü keçirib.

Supersport.Az-ın məlumatına görə, “Azersun Arena”da keçirilən və hər hissəsi 35 dəqiqə olan matç 1:1 hesabı ilə başa çatıb. Hesabı 24-cü dəqiqədə Sumqayıt klubundan İlqar Qurbanov açıb. Altı dəqiqə sonra Ağdam komandasının hücumçusu Maqaye Qeye bərabərlik qolunu vurub.

Digər xəbərlər