Bundesliqa klubu millimizin üzvü ilə müqaviləni yenilədi

Bundesliqa klubu millimizin üzvü ilə müqaviləni yenilədi
Futbol
11 Oktyabr 2019 - 15:37
Millimizin üzvü Dmitri Nazarov klubu "Erzgebirge" ilə müqaviləni uzadıb.

Supersport.Az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Almaniya klubu Nazarovla yanaşı Klemens Fandriçlə də müqaviləni uzadıb.
Qeyd edək ki, Nazarov 2016-cı ilin yayından Aue təmsilçisində çıxış edir. O, bu mövsüm 2-ci Bundesliqada 9 oyuna 4 qol vurub.

Digər xəbərlər