Ramil Şeydayevin komandasında yeni baş məşqçi

Ramil Şeydayevin komandasında yeni baş məşqçi
Futbol
08 Oktyabr 2019 - 12:05
Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Dinamo"nun yeni baş məşqçisi məlum olub.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə Kiril Novikov təyin edilib. O, komandanın Rusiya Premyer Liqasında uğursuz çıxışı səbəbindən istefa verən Dmitri Xoxlovu əvəzləyib. Bu ilin mayından "Dinamo"nun gənclərdən ibarət komandasını çalışdıran 38 yaşlı mütəxəssis yeni baş məşqçi təyinatına qədər bu vəzifəni icra edəcək. Moskva klubunun gənclərdən ibarət heyəti 12 turdan 28 xalla liderdir.
"Dinamo"nun əsas komandası isə 12 turdan sonra 10 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.


Digər xəbərlər