"Qarabağ"la finala bərabər iki oyunda qalib gəlməliyik" - "Apoel"in baş məşqçisi

"Qarabağ"la finala bərabər iki oyunda qalib gəlməliyik" - "Apoel"in baş məşqçisi
Futbol
07 Oktyabr 2019 - 22:35
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin iki oyununda məğlubiyyətlə üzləşən "Apoel"in baş məşqçisi Tomas Doll açıqlama verib.

Alman mütəxəssis, bütün ümidlərin "Qarabağ"la qarşılaşmalara qaldığını bildirib:

"Sevilya" əla komandadır və qələbəyə layiq oynadı. Rəqibi təbrik edirəm. Futbolçularım çalışdılar 100 faiz güclərini sərf etdilər. Ancaq daha çox cəsarətli oynamaq lazım idi. Əks-hücumları çıxmaq baxımından fəal idik. Məğlubiyyət olduqda özünüzü xoşbəxt hiss etmirsiniz. İlk hissə də çətin oldu, mübarizə apardıq. Uğursuzluq olduğundan narazı qaldım. Rəqibə hörmətlə yanaşırıq və qələbəni haqq etdi. İlk məğlubiyyətdən sonra yaxşı komanda olduğumuzu nümayiş etdirməyə çalışdıq. Qrup səddini keçmək məsələsi açıq qalır. Biz iki oyunda uduzduğumuzdan əsas diqqəti "Qarabağ"la qarşılaşmalara, həmçinin çempionata yönəltməliyik. Avroliqanın qarşıdakı iki matçında finala bərabər görüş olacaq. "Apoel" "Qarabağ"la oyunlarda mütləq qalib gəlməliyik".

"Qarabağ" oktyabrın 24-də öz meydanında "Apoel"i qəbul edəcək, noyabrın 7-də səfərdə bu komandanın qonağı olacaq.

Qeyd edək ki, "A" qrupunda "Sevilya" 2 oyundan 6 xalla liderdir. "Qarabağ" 3 xalla ikinci, "Düdelanj" 3 xalla üçüncüdür. "Apoel" iki turda məğlub olduğundan xalsız son pilləni tutur.

 

 

Digər xəbərlər