Mahir Emreli millidən kənarlaşdırıldı

Mahir Emreli millidən kənarlaşdırıldı
Futbol
07 Oktyabr 2019 - 17:02
Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Supersport.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Premyer Liqanın son turunda "Sabah"la oyundan zədələnən "Qarabağ"ın hücumçusu Mahir Emreli millimizin qarşıdakı iki oyununda iştirak edə bilməyəcək. Mahir Emreli bu gün tibbi müayinədən keçib. Futbolçunun ayaq bağlarında dartınma olduğu aşkarlanıb və təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Əvəzində, "Neftçi"dən Namiq Ələsgərov millinin heyətinə dəvət olunub.

Yığmamız oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstanla qarşılaşacaq.

Digər xəbərlər