Qurban Qurbanov 32, "Qarabağ" 25 pillə irəlilədi

Qurban Qurbanov 32, "Qarabağ" 25 pillə irəlilədi
Futbol
07 Oktyabr 2019 - 16:31
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Avrokubokların qrupunda 6-cı dəfə mübarizə aparan "Qarabağ" Avropa və dünya reytinqində irəliləyib.

Azərbaycanın yeddiqat çempionu UEFA siyahısında 19.000 xalla 70-ci pilləyə yüksəlib. "Sevilya" 80.000 xalla 11-ci sırada qalıb. Qrup turnirində iki oyunda məğlub olan "Apoel" (20.500 xal) 68-ci pilləyə düşüb.

"Qəbələ" (7.500 xal) 138-ci, "Düdelanj" (7.250 xal) 141-ci, "Neftçi" (3.750 xal) 270-cidir.

Dünyanın 1000 klubunun olduğu reytinqdə "Qarabağ" 25 pillə yüksəlib.

Saytımızın "clubworldranking"ə istinadən məlumatına görə, "Qarabağ" 1302 xalla 544-cü yerdədir.

Azərbaycanın yeddiqat çempionunun baş məşqçisi Qurban Qurbanov (1302 xal) 32 pillə irəliləyərək 497-cidir.

Dünya reytinqində "Barselona" (15592 xal) liderliyini qoruyub. "Liverpul" 13174 xalla 4-cü pillədən 2-yə qalxıb. "River Pleyt" (12951 xal) üçüncüdür.

Digər xəbərlər