"Qalatasaray"la oyun ərəfəsində "Real"da 6 itki

"Qalatasaray"la oyun ərəfəsində "Real"da 6 itki
Futbol
07 Oktyabr 2019 - 16:03
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la qarşılaşacaq "Real Madrid"in aparıcı futbolçuları sıradan çıxıb.

"Qranada"nı 4:2 məğlub edən Madrid klubunun oyunçularından Toni Kroosla Qaret Beyl zədə alıb. İki futbolçunun son vəziyyəti haqda açıqlama verilməyib.

İspaniya çempionatının liderinin başqa futbolçularlndan qolkiper Tibo Kurtua, Asensio, Mendi və Naço zədəlidir.

"Qalatasaray" - "Real" oyunu 22 oktyabrda keçiriləcək.

Digər xəbərlər