"Messi hamımızı ağlatdı"

"Messi hamımızı ağlatdı"
Futbol
05 Oktyabr 2019 - 20:42
Supersport.Az-ın məlumatına görə, PSJ-nin argentinalı futbolçusu Anhel Di Maria Lionel Messi haqda açıqlama verib.

O, Amerika Kubokunun yarımfinalında Braziliya qarşısında aciz qaldıqlarından sonra Messinin təsirli fikirlər dediyini bildirib.

"Braziliyaya məğlub olduqda Messi çox yaxşı danışdı, komandayla fəxr etməyin vacibliyini bildirdi. Özümüzü illərdir birlikdə oynadığımız kimi hiss etdik. Gənclərin komandaya bağlılığından qürur duyduğunu, Amerika Kubokunda olmağı sonuna qədər haqq etdiklərini söylədi. Messinin fikiləri bitdiyində hamı göz yaşlarını saxlaya bilmədi. Sözləri hər kəsin, xüsusilə gəcnlərin qəlbinə toxundu

Messi tənqid olunurdu. "Kopa Amerika"da fəqliyidi. İnsanlar və media qarşısında necə danışmağı, nələr söylədiyini görmək məni sevindirdi. Leo belə adamdır. Mən bu Messini sevirəm".

Digər xəbərlər