"Qarabağ"a erməni təxribatı - Lüksemburqun idman naziri Azərbaycan klubundan üzr istədi - Foto

"Qarabağ"a erməni təxribatı - Lüksemburqun idman naziri Azərbaycan klubundan üzr istədi - Foto
Futbol
03 Oktyabr 2019 - 23:40

Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilir.

Supersport.Az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" növbəti matçında Lüksemburqda "Düdelanj"ın qonağıdır. Azərbaycan çempionunu ilk görüşdə səfərdə Kipr APOEL-ni 4:3 udan bu rəqiblə çətin oyun gözləyirdi. Birinci turda Bakıda "Sevilya"ya uduzan (0:3) "Qarabağ" qrupda ilk uğuru qazanmağa çalışırdı.


Azərbaycan klubu Lüksemburqda 2 qolla irəlidə olarkən erməni təxribatı olub. Düşmən tərəfi meydana dronla qondarma Dağlıq Qarabağ rejiminin bayrağını buraxıb. Buna görə 31-ci dəqiqədə oyun dayandırılıb.


"Qarabağ" futbolçuları buna kəskin etiraz bildirib. Təhlükəsizlik bərbad olduğundan şotlandiyalı baş hakim Con Biton görüşü yarımçıq dayandırıb. Hər iki komanda meydanı tərk edib.

Lüksemburqun idman naziri, "Düdelanj", "Qarabağ"dan üzr istəyib. 25 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib.

Digər xəbərlər