AFFA-dan Rauf Əliyevə ciddi xəbərdarlıq

AFFA-dan Rauf Əliyevə ciddi xəbərdarlıq
Futbol
01 Oktyabr 2019 - 20:15
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Supersport.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının 6-cı turunda keçirilən "Qəbələ" - "Neftçi" matçından sonra baş verənlər müzakirə olunub.

Oyun başa çatdıqdan sonra qonaq komandanın futbolçusu Rauf Əliyev azarkeş ilə münaqişəyə girdiyinə görə futbolçuya ciddi xəbərdarlıq olunub.

"Qəbələ"yə azarkeşlərinin davranışına görə kluba ciddi xəbərdarlıq edilib.

Bu hallar yenidən təkrarlanacağı təqdirdə, ciddi sanksiyalar tətbiq olunacaq.

Digər xəbərlər