"Füzuli"dən həyəcan siqnalı

"Füzuli"dən həyəcan siqnalı
Futbol
29 Sentyabr 2019 - 21:01
Supersport.Az-ın məlumatına görə, "Füzuli" Futbol Klubu iş adamlarına müraciət edib. 

Region Liqasında iştirakı sual altında olan Füzuli təmsilçisi kömək istəyib: 

"Hörmətli Füzulimizin iş adamları, imkanlı şəxsləri! Füzuli FK maddi sıxıntılar yaşayır. Komandamızın bu mövsüm Region Liqasında iştirakı sual altındadır. Biz klub olaraq futbolçularımızla danışdıq. Hamı bir nəfər kimi təmənnasız oynayacaq. Amma biz də belə etməyək, çoxunun çörəyi futboldan çıxır. Komandamızda 20 futbolçu var, imkanı olan Füzulilərimiz hərə bir futbolçunun hər oyun 50 manat xərcin öz üzərinə götürsün. Biz inanırıq ki, Füzulimizdən 20 nəfər imkanlı şəxs çıxacaq və komandamız fəaliyyətini davam etdirəcək".

Xatırladaq ki, bir müddət əvvəl "Füzuli" klubu Rusiya çempionatında ikinci yeri tutub.  

Digər xəbərlər