"Qarabağ"la "Apoel" uduzdu

"Qarabağ"la "Apoel" uduzdu
Futbol
19 Sentyabr 2019 - 22:50
Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilir.

Supersport.Az xəbər verir ki, öllkəmizi turnirdə təmsil edən, çətin sınaq qarşısında olan "Qarabağ" Avroliqanın beşqat qalibi – bu göstəricidə mütləq rekordçusu "Sevilya"nı qəbul edib. Azərbaycanın yeddiqat çempionu La Liqanın hazırkı lideriylə mübarizənin birinci hissəsini qolsuz başa vursa da, fasilədən sonra 3 qol buraxıb.

A qrupunun digər oyununda "Apoel" öz meydanında gözlənilmədən "Düdelanj"a məğlub olub.

19 sentyabr

Avropa Liqası

A qrupu

20:55. "Qarabağ" (Azərbaycan) – "Sevilya" (İspaniya) 0-3 

Qollar: Hernandes 62, Munir 78, Oliver Torres 85

Hakimlər: Yeven Aranovski, Semen Şlonçak, İqor Alokin, Yaroslav Kozuk (hamısı Ukrayna).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

20:55. "Apoel" (Kipr) - "Düdelanj" (Lüksemburq) 3-4 

 

Digər xəbərlər