"Qarabağ" təhlükəli komandadır" - "Sevilya"nın baş məşqçisi

"Qarabağ" təhlükəli komandadır" - "Sevilya"nın baş məşqçisi
Futbol
17 Sentyabr 2019 - 18:46
Supersport.Az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la keçiriləcək oyun üçün Bakıya yola düşən "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi açıqlama verib.

Mütəxəssis İspaniya mətbuatına qrupu dəyərləndirib, çətin olacağını bildirib:

"Avroliqaya köklənməyin zamanıdır. Asan qrupa düşdüyümüzü düşünmürəm. Rəqiblərimiz çox tanınmasa da, təhlükəli, çox şeyi çətinləşdirmək niyyətində olan komandalardır".


O, "Qarabağ"ın "Atletiko"nu Çempionlar Liqasında büdrətdiyini xatırladıb:

"Qarabağ" bir müddət əvvəl "Atletiko"nu Çempionlar Liqasından kənarlaşdırdı. "Apoel" isə ötən mövsümün yarımfinalçısına çətin anlar yaşatdı. Meydanda mübarizə apararaq, layiqli qələbə qazanmalıyıq. Əsas odur ki, biz bunu istəyirik".

Lopeteqi qarşıda onları sıx oyun qrafiki gözlədiyini və buna görə də heyətdəki futbolçuların hamısından istifadə edəcəyini söyləyib: 

"Məqsəd vaxt itirməmək, oyunçulara güclü rəqabət yaratmaqdır. Futbolçulara oyuna kimi bütün məlumatlar veriləcək. Hər matç qurtaran kimi məşqçi dərhal qarşıdakı qarşılaşma haqda düşünür. Oyuna maksimum dərəcədə köklənməliyik. Hədəflərə çatmaq üçün hər kəsə ehtiyacımız olacaq. Çünki dekabra qədər hər cümə axşamları və həftəsonları oyun keçirəcəyik. Bütün heyətin xidmətinə ehtiyacımız olacaq.   
Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" oyunu saat 20:55-də başlayacaq.

 

Digər xəbərlər