Luka Modriç Ramil Şeydayevlə bacarmadı - Video

Luka Modriç Ramil Şeydayevlə bacarmadı - Video
Futbol, Eksklüziv, Video
10 Sentyabr 2019 - 16:17
Supersport.Az Bakıda keçirilən Avro-2020-nin seçmə mərhələsinin Azərbaycan - Xorvatiya qarşılaşmasından maraqlı videogörüntü hazırlayıb.

Millimizin əsas silahlarından olan Ramil Şeydayev son iki matçda yüksək səviyyəli oyunuyla ulduz futbolçulardan Qaret Beyllə Luka Modriçdən bəzi məqamlarda üstün olduğunu nümayiş etdirib.
Uelslə qarşılaşmada Beyli keçən Ramil, Xorvatiyayla matçda ötən il dünyanın ən yaxşı futbolçusu seçilən Luka Modriçlə (Luka Modrić) mübarizədən qalib ayrılıb. Moskva "Dinamo"sunda çıxış edən yığmamızın hücumçusu, milli komandanın xorvatların qapısına vurduğu qolun ötürməsini də verib.


 

Digər xəbərlər