Həbib Nurmuhammədov rəqibini boğub təslim etdi - Foto-Video

Həbib Nurmuhammədov rəqibini boğub təslim etdi - Foto-Video
Digər, Video, Foto, MMA
08 Sentyabr 2019 - 01:09
Bu gün Əbu-Dabidə UFC-242 axşamı çərçivəsində UFC üzrə dünya çempionu, Rusiyanı təmsil edən Həbib Nurmuhammədov çempionluğa namizəd amerikalı Dastin Puarye ilə qarşılaşıb.

Supersport.Az-ın məlumatına görə, döyüşün taleyi 3-cü raundda həll olunub. Nurmuhammədov rəqibinə boğucu fəndlə qalib gəlib. Bununla da Həbib keçirdiyi döyüşlərdə qələbə sayını 28-ə yüksəldib və yüngül çəkidə UFC çempionu titulunu qoruyub. Həbib Nurmuhammədovun rəqibi Dastin Puarye isə 26-cı döyüşündə 6-cı məğlubiyyətini alıb.


Digər xəbərlər