"Apoel"in qolkiperindən Avroliqa, başağrısı açıqlaması

"Apoel"in qolkiperindən Avroliqa, başağrısı açıqlaması
Futbol
07 Sentyabr 2019 - 21:10
Supersport.Az-ın məlumatına görə, Avroliqada "Qarabağ"ın rəqiblərindən olan "Apoel"in qolkiperi Vid Belets açıqlama verib. 

29 yaşlı sloveniyalı qapıçı, əvvəlcə Kiprdə uyğunlaşmasından danışıb:

"Komandaya tezliklə uyğunlaşdım, həmçinin 40 dərəcə istiyə. Bu məndə güclü başağrısı vermədi. Düşünürdüm ki, daha çətindir. Ancaq hər gün məşq edəndə alışırsan. Sloveniyada hava bir az soyuqdur".

"Apoel"in qolkiperi "Ayaks"la oyunu xatırlayıb: 

"Biz bilirdik ki, meydanda ağır oyunlar olacaq. Evdə qarşılaşmada ikinci hissədə bir neçə qol vəziyyəti oldu. Hiss edirəm ki, komandamız daha yaxşı nəticə qazana bilər. "Ayaks" bizi müdafiədə çox oynamağa məcbur etdi, əks-hücuma üstünlük verdik. Əsas odur ki, Avropa Liqasının qrupuna vəsiqə qazandıq".

 

 

Digər xəbərlər