Yığmamız slovakları məğlub etdi

Yığmamız slovakları məğlub etdi
Futbol
06 Sentyabr 2019 - 23:56
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Supersport.Az xəbər verir ki, Milan Obradoviçin baş məşqçisi olan komandamız Bakıda Slovakiyanı qəbul edib. "Dalğa Arena"da keçirilən qarşılaşmada yığmamız 2:1 hesabı ilə qalib gəlib. Millimizin heyətində Barış Ekincier dubl edib.

Qrupun ilk oyununda Lixtenşteynə uduzan (0:1) yığmamızın növbəti matçı sentyabrın 10-da "Dalğa Arena"da Gürcüstana qarşı olacaq.

6 sentyabr

Avropa çempionatı, II tur

20:30. Azərbaycan - Slovakiya - 2:1


Qollar: Barış Ekincier, 7 (1:0),  Lubomir Tupta, 82 (1:1), Barış Ekincier, 90+3 (2:1)


Baş hakim: Deyan Yakimovski (Şimali Makedoniya)

Bakı. "Dalğa Arena"







































































1.Gürcüstan U-2111004:03
2.Lixtenştyen U-2121011:43
3.Azərbaycan U-2121012:23
4.Fransa U- 2100000:00
5.İsveçrə - U-2100000:00
6.Slovakiya U-2110011:20

Digər xəbərlər