Dünya Kuboku-2022-nin loqosu təqdim olundu - Video

Dünya Kuboku-2022-nin loqosu təqdim olundu - Video
Futbol, Video
04 Sentyabr 2019 - 00:42
Futbol üzrə dünya çempionatı ilk dəfə müsəlman ölkəsi - Qətərdə təşkil olunacaq.

FİFA rəsmi saytıyla Dünya Kubokunun loqosunu təqdim edib.


Emblemin əyri xətləri qum təpələrini simvolizə edir, səkkiz şəklində olan loqo Dünya Kuboku matçlarına ev sahibliyi edəcək səkkiz stadion, həm də sonsuzluq simvolu deməkdir. Loqotipin mərkəzi elementi olan dönmə, kubokun görünüşünü təkrarlamaqla yanaşı, Fars körfəzi xalqlarının ənənəvi baş geyimləriylə bağlıdır. Loqonun şrifti, ənənəvi ərəb xəttatlığına aiddir.

Məlumat üçün bildirək ki, 2022-ci il dünya çempionatı Qətərdə 21 noyabr - 18 dekabr tarixlərində keçiriləcək. Yarış ilk dəfə yayda deyil, qışda keçiriləcək.

 

Digər xəbərlər