Qurban Qurbanov: "Azarkeşlərin 6 illik arzusunu reallaşdırmağa çalışacağıq" - Video

Qurban Qurbanov: "Azarkeşlərin 6 illik arzusunu reallaşdırmağa çalışacağıq" - Video
Futbol, Eksklüziv, Video
03 Sentyabr 2019 - 07:00
Supersport.Az Avrokubokların qrup mərhələsində mübarizə aparmağı ənənəyə çevirən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qitə turniriylə bağlı fikirlərini videogörüntüyə alıb.


Təcrübəli mütəxəssis, sualımıza cavabında bildirib ki, Avroliqada komandası qrup səddini keçmək üçün bütün gücünü ortaya qoyacaq:

"Altı ildir qruplarda oynadığımız müddətdə azarkeşlər həmişə bizdən bu mərhələni də keçməyi istəyib, ümid edib, inanıb. Bunu normal qəbul etməliyik. Komandamız da qrup səddini aşmaq fikrindədir: ən azı ikinci yeri tutmaq istəyirik. Ancaq hələ ki, bu haqda düşünmək tezdir. Çünki indiki məqamda futbolçuların istirahətə ehtiyacı var. Oyunlar vaxtında bu barədə daha çox düşünəcəyik, çalışacağıq".

Fanatların "Qarabağ" "Apoel"dən qisas almalıdır" fikrinə Ağdam klubunun baş məşqçisinin münasibəti belə olub:

"İdman prinsiplərinə əməl etməliyik. Hər oyunda çalışıb maksimum nəticə üçün meydana çıxacağıq".

Digər xəbərlər