Vurğundan Antona sillə - Video

Vurğundan Antona sillə - Video
Futbol, Video
02 Sentyabr 2019 - 20:07


Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 3-cü turunda "Neftçi" – "Sumqayıt" matçı (2:1) davayla yadda qalıb. 

Oyunun son dəqiqələrində paytaxt klubunun 2-ci qolundan sonra qonaqların kapitanı Vurğun Hüseynovla meydan sahiblərinin oyunçusu Anton Krivotsyuk arasında qalmaqal yaşanıb.  Krivotsyuk qoldan sonra Hüseynova qarşı qeyri-etik jest edib. Vurğun isə gənc müdafiəçini vurub.

Görüşün baş hakimi Səbuhi Bayramov Krivotsyuku ikinci sarı, Hüseynovu isə birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Anton etdiyi hərəkətə görə üzr istəyib.

Bundan başqa, qalmaqal zamanı "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovla "Neftçi"nin məşqçisi Etibar Tarıverdiyev arasında da mübahisə düşüb. Hətta Tarıverdiyev bu zaman Abbasovu vurub və hakim ona sarı vərəqə göstərib.

 






Digər xəbərlər