"Qəbələ"nin baş məşqçisi istefaya göndərilir - yerinə gətiriləcək çalışdırıcı

"Qəbələ"nin baş məşqçisi istefaya göndərilir - yerinə gətiriləcək çalışdırıcı
Futbol, Eksklüziv
30 Avqust 2019 - 21:22
Avropa Liqasıyla milli çempionatda uğursuz çıxışla yadda qalan "Qəbələ" klubunda ciddi dəyişiklik gözlənilir.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, premyer liqada iki oyunda məğlub olan komanda sıfır nəticəylə son pilləni tutduğundan baş məşqçi Sənan Qurbanov istefaya göndərilə bilər. "Qəbələ" sabah "Keşlə"yə də uduzacağı təqdirdə, çalışdırıcı vəzifədən kənarlaşıdırlacaq. Sənan Qurbanovu "Qəbələ"nin əvəzedici heyətini, U-17 komandasını çempion edib, kubok qazandıran, U-17 yığmamızın keçmiş baş məşqçisi Ramin Quliyevin əvəzləyəcəyi bildirilir.

Digər xəbərlər