Braziliyalı futbolçu dünyada birinci oldu

Braziliyalı futbolçu dünyada birinci oldu
Futbol
25 Avqust 2019 - 00:27
Supersport.Az-ın məlumatına görə, Libertadores Kubokunun dörddəbir finalında "İnternasional"la qarşılaşmada "Flamenqo"nun braziliyalı hücumçusu Bruno Enrike dünyada ən sürətli futbolçuya çevrilib.

Forvard 38 kilometr sürətlə karyerasını başavuran 100 metr məsafəyə qaçışda Useyn Bolta məxsus 37.6 kilometr rekordunu keçib. Yamaykalı sprinter 2009-cu ildə bu uğura nail olmuşdu.

"Flamenqo"nun futbolçusu "Real Madrid"in uelsli hücumçusu Qaret Beylin 36.9 kilometrlik sürət rekordunu da geridə qoyub.

FİFA sosial şəbəkədə Enrikeni "süpersonik"ə bənzədib. Futbolçu oyunda iki qol da vurub.

"Flamenqo" avqustun 29-da "İnternasional"la cavab oyunu keçirəcək.

 

Digər xəbərlər