Qurban Qurbanov: "Meydanda ən yaxşısını, düzgün olanı etməyə çalışacağıq"

Qurban Qurbanov: "Meydanda ən yaxşısını, düzgün olanı etməyə çalışacağıq"
Futbol
21 Avqust 2019 - 22:21
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Şimali İrlandiyanın "Linfild" klubunun qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyun ərəfəsində fikirlərini bölüşüb:

"Açıqlamalardan hiss olunur ki, "Linfild" olduqca istəklidir. Rəqibin oyununa baxmışıq, təhlil etmişik. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Sabah meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacağıq. Rahil Məmmədovla Riçard Almeyda cəzalı durumda olduğu üçün bəllidir ki, oyunu buraxacaqlar. Bədavi Hüseynov isə bir müddətdir ki, zədəlidir. Ailton Silva və Maksim Medvedev son məşqlərdə problem yaşadı və onlarla bağlı konkret qərar veriləcək. Onların müayinəsindən və həkimlərin məsləhətindən sonra son duruma aydınlıq gələcək" - deyə, mütəxəssis klubun saytına bildirib.

Digər xəbərlər