Ramin Musayev "Neftçi"nin xal itirməsinə münasibət bildirdi

Ramin Musayev "Neftçi"nin xal itirməsinə münasibət bildirdi
Futbol
21 Avqust 2019 - 22:33
Supersport.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çempionatın ilk turunda "Sabah"la qarşılaşmada "Neftçi"nin xal itirməsinin səbəbini bildirib.

"Maraqlı, gərgin, qollu oyun oldu. "Neftçi" yorğun olduğundan xal itirdi. Hiss olundu ki, Avroliqada uğursuzluq komandaya psixoloji baxımdan çox təsir edib.

"Sabah"a gəlincə, əla oyun nümayiş etdirdi. Afərin, bu komandaya: həm rəhbərliyinə, həm məşqçilərinə, həm də futbolçularına.

"Neftçi"ylə "Sabah"a uğurlar arzu edirəm".

Digər xəbərlər