Honduras millisinin üzvü "Sabah"da! - Foto

Honduras millisinin üzvü "Sabah"da! - Foto
Futbol
20 Avqust 2019 - 21:08
"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Supersport.Az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 29 yaşlı hücumçu Rocer Roxas ilə 1 illik müqavilə bağlayıb.

 

Honduraslı futbolçu karyerası ərzində ölkəsinin “Olimpiya” (2008-14, 2015/16), Səudiyyə Ərəbistanının “Əl-İttifaq” (2014), Meksikanın “Nekaksa” (2014/15) və “Simarrones” (2016/17) klublarında çıxış edib. Onun son komandası Kosta-Rikanın “Alaxuelense” klubu olub.

 

Roxas Honduras millisində 32 oyun keçirib, 3 qol vurub.

Digər xəbərlər