"Qarabağ" 4 futbolçunu səfərə aparmadı

"Qarabağ" 4 futbolçunu səfərə aparmadı
Futbol
20 Avqust 2019 - 21:31
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində "Linfild"in qonağı olacaq "Qarabağ" bu gün Şimali İrlandiyaya gedib.

Ağdam klubu saat 20:30-da ölkəmizi tərk edib. Belfasta çarter reysi ilə yollanan komanda 7 saatlıq yol qət edəcək.
Sarı vərəqə cəzalıları - Riçard Almeyda və Rahil Məmmədov, zədəlilər - Bədavi Hüseynov və Filip Ozobiç səfərə aparılmayıb.

Qeyd edək ki, "Linfild" - "Qarabağ" matçı avqustun 22-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər xəbərlər