"Forza Neftçi" tribunadan çəkildi: "O kresloda heç kəs daimi deyil"

"Forza Neftçi" tribunadan çəkildi: "O kresloda heç kəs daimi deyil"
Futbol
20 Avqust 2019 - 13:30


Supersport.Az xəbər verir ki, "Neftçi"nin azarkeş qrupu olan "Forza Neftçi" komandaların oyununa gəlməyəcəyini bəyan edib.

 

"Diqqət! "Forza Neftçi" olaraq bir müddət tribunadan çəkilmək qərarı aldıq. Buna səbəblər çoxdur, əsas səbəblər isə klubda öz işlərini layiqincə görə bilməyənlər, "Neftçi"nin üzərində rəhbər şəxslərin apardığı "oyunlar", istefa şüarını qəbul etməyib, insanları tribunadan uzaqlaşdırmaq, qapıları bağlayıb, fasilədə azarkeşləri tribunaya buraxmamaqdır. Bir şeyi yadda saxlayın ki, o kresloda heç kəs daimi deyil. "Neftçi" o loqoya görə həyatını qurban verənlərindir! Geri dönüşümüz möhtəşəm olacaq, hamımız üçün!"

Digər xəbərlər