Xorvatiya millisinin Bakıya gələcək heyəti

Xorvatiya millisinin Bakıya gələcək heyəti
Futbol
20 Avqust 2019 - 12:11
Supersport.Az-ın məlumatına görə, Xorvatiya yığmasının Avro-2020-nin seçmə mərhələsində Slovakiya və Azərbaycan yığmaları ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Baş məşqçi Zlatko Daliç gələn ay keçiriləcək seçmə mərhələ görüşlərində xidmətindən yararlanacağı futbolçuların adlarını müəyyənləşdirib.

Mütəxəssis sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycana qarşı keçiriləcək səfər oyunlarına 23 futbolçu dəvət edib. Daha 6 oyunçu isə ehtiyat qüvvə kimi siyahıya daxil edilib.

Qapıçılar: Lovre Kaliniç ("Aston Villa", İngiltərə), Dominik Livakoviç ("Dinamo"), Simon Sluqa ("Luton", İngiltərə)

Müdafiəçilər: Domaqoy Vida ("Beşiktaş", Türkiyə), Deyan Lovren ("Liverpul", İngiltərə), Tin Yedvay ("Bayer", Almaniya), Borna Barişiç ("Reyncers", Şotlandiya), Matey Mitroviç ("Brügge", Belçika), Karlo Bartoleç ("Kopenhagen", Danimarka), Mile Şkoriç ("Osiyek"), Dario Melnyak ("Çaykur Rizəspor", Türkiyə)

Yarımmüdafiəçilər: Luka Modriç ("Real", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Mateo Kovaçiç ("Çelsi", İngiltərə), Milan Badeli ("Fiorentina", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Mario Paşaliç ("Atalanta", İtaliya), Nikola Vlaşiç (SSKA, Rusiya)

Hücumçular: İvan Perişiç ("Bavariya", Almaniya), Ante Rebiç ("Ayntraxt", Almaniya), Yosip Brekalo ("Volfsburq", Almaniya), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi “Dinamo”).

Ehtiyat oyunçular: Andrey Kramariç ("Hoffenhaym", Almaniya), Marko Roq ("Kalyari", İtaliya), Filip Benkoviç ("Lester", İngiltərə), Miyo Cakdaş, Yosip Yuranoviç (hər ikisi “Hayduk”), Antonio Mirko Çolak ("Riyeka").

Digər xəbərlər