Çempionlar Liqası: "Ayaks" "Apoel"i məğlub edə bilmədi

Çempionlar Liqası: "Ayaks" "Apoel"i məğlub edə bilmədi
Futbol
21 Avqust 2019 - 00:36
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Supersport.Az-ın məlumatına görə, ilk oyun günündə 3 matç keçirilib.

Azərbaycan çempionu "Qarabağ"ı üçüncü təsnifat mərhələsində mübarizədən kənarlaşdıran "Apoel" doğma meydanda ötən mövsüm Çempionlar Liqasının yarımfinalçısı "Ayaks"la qarşılaşıb. Hər iki hissədə komandaların qol imkanları olsa da, fərqlənə bilməyiblər. "Apoel" 80--ci dəqiqədə "Ayaks"ın azlıqda qalmasından istifadə edə bilməyib.
Çempionlar Liqası, pley-off mərhələsi

20 avqust

23:00. LASK (Avstriya) – "Brügge" (Belçika) 0-1

Qol: Vanaken, 10-pen

23:00. "Apoel" (Kipr) – "Ayaks" (Niderland) 0-0

23:00. ÇFR (Rumıniya) – "Slaviya" (Çexiya) 0-1

Qol: Masopust, 28

21 avqust

23:00. "Olimpiakos" (Yunanıstan) – "Krasnodar" (Rusiya)

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Rusenborq" (Norveç)

23:00. "Yanq Boyz" (İsveçrə) – "Srvena Zvezda" (Serbiya)

 

Digər xəbərlər