"Neftçi" azarkeşlərindən istefa tələbi - məşqçi barmaq silkələdi - Video

"Neftçi" azarkeşlərindən istefa tələbi - məşqçi barmaq silkələdi - Video
Futbol, Eksklüziv, Video
20 Avqust 2019 - 08:52
Supersport.Az Azərbaycan Premyer Liqasının ilk turunda keçirilən "Neftçi" - "Sabah" oyunundan videogörüntü hazırlayıb.


Meydan sahibi komanda hesabda geri düşən zaman azarkeşlər italiyalı baş məşqçi Roberto Bordinin istefasını tələb ediblər. "Neftçi"nin qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyev fanatların bu hərəkətinə əsəbləşərək, bərabərlik qolundan sonra onlara barmaq silkələyib. Fasilənin ardından oyuna baxmaqdan imtina edən "Neftçimania" fanat qrupu stadiondan gedib.

"Neftçi" - "Sabah" oyunu 1:1 hesabıyla başa çatıb.

 

Digər xəbərlər