Avroliqada ermənilərin rüşvət verməsi qalmaqalı

Avroliqada ermənilərin rüşvət verməsi qalmaqalı
Futbol
18 Avqust 2019 - 01:28
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasında "Ararat"la qarşılaşmada iki oyunun nəticəsinə əsasən mübarizəni dayandıran "Saburtalo" Gürcüstan futbol qurumuna şikayət edib.

Məsələ burasındadır ki, gürcü klubu İrəvanda erməni komandasını 2:1 məğlub etdiyi halda, Tbilisidə 0:2 hesabıyla uduzub.

Səfərdə keçirilən oyunu erməni telekanalları canlı yayımlamaqdan imtina edib. Buna səbəb "Saburtalo"ya Azərbaycan Respublikası Dövlət Şirkətinin sponsorluq etməsi olub. Ermənilər SOCAR-ın loqotipini göstərməmək üçün oyunu yayımlamayıb. İrəvanda keçirilən görüşdə gürcü klubu 2:1 hesablı qələbə qazanıb.

SOCAR-ın sponsorluq etdiyi "Saburtalo" klubu, Tbilisidə 0:2 hesablı məğlub olduqları qarşılaşmada bəzi oyunçularının satın alınmasından şübhələnərək, Gürcüstan Futbol Federasiyasına müraciət edib. Komanda araşdırma aparılmasını, tədbir görülməsini istəyib.

Gürcüstan Futbol Federasiyası isə "Saburtalo" klubunun şikayətiylə əlaqədar UEFA-nın məlumatlandırılacağını bildirib.

"Ararat"ın rəqib komandanın futbolçularına rüşvət verdiyi aşkarlanarsa, erməni təmsilçisinin avrokuboklardan qovulacağı gözlənilir. "Saburtalo"dan danışılmış oyunun iştirakçıları müəyyənləşərsə, onları da sərt cəza gözləyir.

Xatırladaq ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda "Saburtalo" səfərdə "Ararat"ı 2:1 məğlub etsə də, 14 avqustda cavab matçında 0:2 hesabıyla uduzaraq, mübarizəni dayandırıb.

Gürcüstanda mayda çempionat oyunlarında danışılmış matçların iştirakçısı olan 11 futbolçu həbs olunub.

SOCAR-ın sponsoru olduğu komanda İrəvanda qalib gəldi - <b style="color:red"> oyun efirə verilmədi</b>

Digər xəbərlər