"Qarabağ"ın rəqibi zərbə aldı

"Qarabağ"ın rəqibi zərbə aldı
Futbol
17 Avqust 2019 - 22:06
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Linfild" yerli çempionatda növbəti oyununa çıxıb.

Şimali İrlandiya Premyer Liqasının 3-cü turunda "Kolreyn"i qəbul edən meydan sahibi komanda 2:4 hesabı ilə məğlub olub.

"Linfild"in heyətində Joe Koper (65) və Şayne Laveri (72) fərqlənib. Rayan Makgivern isə 78-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

"Linfild" hazırda 3 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ” avqustun 22-də "Vindsor Park"da “Linfild”in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Komandaların avqustun 29-da Bakıdakı matçı isə saat 20:00-da start götürəcək.

 

Digər xəbərlər